Yuxarı
    Bağlamaq

    Azərbaycan komandası cüdo üzrə Avropa Kubokuna 2 medalla başlayıb

    Milli komandamız yarışın ilk günü aktivinə 2 bürünc medal yazdırıb

    Bakı. 5 iyun. REPORT.AZ/ İspaniyanın Madrid şəhərində cüdo üzrə Avropa Kubokuna strart verilib. 

    Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, milli komandamız yarışın ilk günü aktivinə 2 medal yazdırıb.

    60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elbrus Zamanov bürünc medal qazanıb.

    73 kq çəki dərəcəsində bürünc medal uğrunda mübarizədə isə Azərbaycan dueli reallaşıb. Bu çəkidə çıxış edən millimizin cüdoçuları – Telman Vəliyev və Hudayət Heydərov qarşı-qarşıya gəlib. Azərbyacan dulenin qalibi Vəliyev olub. Heydərov isə turnirə 5-ci yerdə yekun vurub.

    Digər təmsilçimiz Oruc Vəlizadə də Avropa Kubokunda 5-ci olub.

    Qeyd edək ki, 26 ölkədən 255 idmançının (139 kişi, 116 qadın) mübarizə apardığı mötərəb turnirində Azərbaycan millisi 14 cüdoçu ilə təmsil olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi