Yuxarı
    Bağlamaq

    Azərbaycan klubunun CEV Kubokundakı növbəti rəqibi müəyyənləşib

    Azəryol Salo ilə ilk görüşünü 8 - 10 dekabrda səfərdə, cavab oyununu isə 15-17 dekabrda Bakıda keçirəcək

    Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azəryol" klubunun CEV Kubokunun 1/8 finalındakı rəqibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, Finlandiya "Salo"sudur.

    "Salo" İsrail "Hayfa"sını həm evdə, həm də səfərdə eyni hesabla yenib - 3:0. Bugünkü qarşılaşmada skandinaviyalılar setləri 25:23, 25:19 və 25:17 hesablı üstünlüklə tamamlayıblar.

    "Azəryol" "Salo" ilə ilk görüşünü 8 - 10 dekabrda səfərdə, cavab oyununu isə 15-17 dekabrda Bakıda keçirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi