​Azərbaycan klubu Çempionlar Liqasında ilk "pley-off" matçını qələbəylə başa vurub - FOTO

​Azərbaycan klubu Çempionlar Liqasında ilk "pley-off" matçını qələbəylə başa vurub - FOTO Görüşün taleyi "tay-breyk"də həll olunub
Komanda
10 Fevral , 2016 20:42
​Azərbaycan klubu Çempionlar Liqasında ilk pley-off matçını qələbəylə başa vurub - FOTO

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu Çempionlar Liqasının "pley-off" mərhələsində ilk görüşünü keçirib. "Report"un məlumatına görə, rəqib İsveçrənin "Volero" klubu olub.

Qarşılaşma bakılıların qələbəsi ilə yekunlaşıb - 3:2. Oyun ərzində "Lokomotiv" setlər nisbətində iki dəfə irəli çıxsa da, "Volero" bərabərliyə nail olub. Bu səbəbdən görüşün taleyi "tay-breyk"də həll olunub. Bu zaman daha gərgin mübarizədə Karlo Parizinin komandası qələbəyə nail olub - 16:14.

Qeyd edək ki, cavab görüşü fevralın 25-də Sürixdə olacaq. "Volero" təkrar qarşılaşmada 3:0 və ya 3:1 hesabı ilə qalib gəlsə, mərhələ adlayacaq. 3:2 hesablı qələbə təqdirində isə mərhələnin taleyi "qızıl set"də həll olunacaq.

Çempionlar Liqası, 1/6 final

18:00. "Lokomotiv" (Azərbaycan) – "Volero" (İsveçrə) - 2:1 (25:21, 22:25, 25:23, 20:25, 16:14)

Hakimlər: Vuduris Konstantinos (Yunanıstan), Ralf Barnstorf (Almaniya)

Bakı. Voleybol Mərkəzi

Son xəbərlər

Orphus sistemi