Azərbaycan klubu beynəlxalq turnirdə 20 min avro qazanıb

Azərbaycan klubu beynəlxalq turnirdə 20 min avro qazanıb Bu mükafat "Azəryol"a məhz 3-cü yeri tutduğu üçün verilib
Komanda
7 Yanvar , 2015 00:05
Azərbaycan klubu beynəlxalq turnirdə 20 min avro qazanıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azəryol" klubu Türkiyənin Antalya bölgəsindəki "Gloria Cup" turnirində təkcə bürünc medalla kifayətlənməyib. "Report"un məlumatına görə, baş məşqçi Aleksandr Çervyakovun komandası, həm də 20 min avro mükafata layiq görülüb.

Bu mükafat "Azəryol"a məhz 3-cü yeri tutduğu üçün verilib.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 90 min avro təşkil edib. Qalib olan Türkiyə "Vakıfbank"ına 35 min avro, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın da çıxış etdiyi İsveçrə "Volero"suna 25 min avro, 4-cü yerin sahibi Sloveniya "Branik"inə isə 10 min avro ödənilib.

Son xəbərlər

Orphus sistemi