​Azərbaycan klubları Çempionlar Liqasında mübarizəyə başlayır

​Azərbaycan klubları Çempionlar Liqasında mübarizəyə başlayır "Lokomotiv" "Dinamo"nu, "Azərreyl" "Ştutqart"ı sınağa çəkəcək
Komanda
27 Oktyabr , 2015 05:18
​Azərbaycan klubları Çempionlar Liqasında mübarizəyə başlayır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Oktyabrın 28-də Azərbaycanın qadın voleybolçulardan ibarət iki klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində mübarizəyə start verəcək.

"Report" xəbər verir ki, "Lokomotiv" ÇL-in 1-ci turu çərçivəsində səfərdə Kazanın "Dinamo" klubunun (Rusiya) qonağı olacaq. Digər təmsilçimiz "Azərreyl" isə Bakıda Almaniyanın "Ştutqart" kollektivini qəbul edəcək.

Birinci turun oyunları 27-29 oktyabr tarixlərində keçiriləcək.

Çempionlar Liqası. Qadınlar. 1-ci tur

A Qrupu

28 oktyabr

"Azərreyl" – Ştutqart – 19.00

"Dinamo" – "Lokomotiv" – 22.00

Turnir cədvəli: "Dinamo" – 0 (0), "Lokomotiv" – 0 (0), "Ştutqart" – 0 (0), "Azərreyl" – 0 (0).

Son xəbərlər

Orphus sistemi