Yuxarı

Azərbaycan klubları avrokubok oyunlarından öncə bir-biri ilə qarşılaşıb

“Azərreyl” və “Azəryol” voleybol klubları öz aralarında yoxlama oyunu keçirib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Avrokubaklara hazırlığı davam etdirən Bakın qadınlardan ibarət “Azərreyl” və “Azəryol” voleybol klubları öz aralarında yoxlama oyunu keçirib.

Görüş “Azərreyl”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Azərreyl” Çempionlar Liqası yarışlarında mübarizə aparacaq. “Azərreyl” “A” qrupunda “Lokomotiv” (Azərbaycan), “Alyants Ştutqart” (Almaniya) və “Dinamo Kazan” (Rusiya) komandaları ilə qarşılaşacaq. “Azəryol” isə Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında Rumıniyanın “Tarqovitse” klubu ilə üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi