Karateçilərimiz “Unmei Cup” beynəlxalq turnirində komanda hesabında 1-ci oldu

Karateçilərimiz “Unmei Cup” beynəlxalq turnirində komanda hesabında 1-ci oldu Yeniyetmə və Gənclərdən ibarət seçmə komandamız Belarusun paytaxtı Minskdə Unmei Cup Beynəlxalq turnirində 22 mükafat qazanıb
Komanda
26 Aprel , 2021 01:42
Karateçilərimiz “Unmei Cup” beynəlxalq turnirində komanda hesabında 1-ci oldu

Yeniyetmə və Gənclərdən ibarət seçmə komandamız Belarusun paytaxtı Minskdə Unmei Cup Beynəlxalq turnirində 22 mükafat qazanıb.

Bu barədə "Report"a Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov məlumat verib.

Yeniyetmə və Gənclər milli komandasının baş məşqçisi Anar Allahverdiyev və böyük məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi ilə Belarusa yollanan karateçilər 9 qızıl, 6 gümüş və 7 bürünc medala sahib olublar. 14-15 yaşlı yeniyetmələrdən Amin Yadigarlı (-52 kq), Əzim Rahib (-70 kq), Aysu Əliyeva (-47 kq), Fidan Rüstəmova (-54 kq), qızlar kumite komandası, eləcə də 16-17 yaşlı gənclər arasında Fərid Savadov (-55 kq), Ramil Baxşəliyev (-61 kq), Vahid Həsənov (-76 kq) və oğlanlar kumite komandası yarışın qalibi olub.

Gümüş medalı 14-15 yaşlı yeniyetmələrdən Nihad Kərimzadə (-70 kq), oğlanlar kumite komandası, 16-17 yaşlı gənclərdən Nicat Kərimli (-61 kq), Xumar Əlibəyova (-53 kq) və Vahid Həsənov (mütləq çəkidə), 18-21 yaşlı gənclərdən isə Hüseyn Hüseynzadə (-84 kq) qazanıb.

14-15 yaşlı yeniyetmələrdən Məhəmməd Xamoyev (-63 kq), Fərid Talıbov (-68 kq), Ramil Bəxşəliyev (mütləq çəkidə), 18-21 yaşlı gənclərdən Renata Ərəbli (-61 kq), Həsənəli Həsənov (kata) və Zəhra Qurbanzadə (kata), böyüklər arasında isə Neda Rezai (kata) bürünc mükafat alıb.

Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında birinci olub. Unmei Cup beynəlxalq turniri yeniyetmə və gənclər seçmə komandasının 1 il 3 aylıq fasilədən sonra iştirak etdiyi ilk turnir idi. Karateçilərimizin növbəti yarışı iyunda Dünya Karate Federasiyasının rəsmi turnirlərindən (WKF) Kiprdə Gənclər liqası turniri olacaq.

Son xəbərlər

Orphus sistemi