Azərbaycan karateçiləri Berlində iki gümüş və bir bürünc medal əldə ediblər

Azərbaycan karateçiləri Berlində iki gümüş və bir bürünc medal əldə ediblər Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan karateçiləri Almaniyanın paytaxtı Berlində keçirilmiş Premyer Liqa yarışında iki gümüş və bir bürünc medal qazanıblar.
Komanda
17 Sentyabr , 2018 01:46
Azərbaycan karateçiləri Berlində iki gümüş və bir bürünc medal əldə ediblər

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan karateçiləri Almaniyanın paytaxtı Berlində keçirilmiş Premyer Liqa yarışında iki gümüş və bir bürünc medal qazanıblar.

“Report” xəbər verir ki, Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ikinci yeri, Firdovsi Fərzəliyev (-60 kq) isə üçüncü pilləni tutub.

Şahin Atamov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə hakim haqsızlığı üzündən mükafatsız qalıb. İdmançıların mükafatlandırılması mərasimində federasiyanın prezidenti Yaşar Bəşirov iştirak edib.

Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 Premyer Liaqa turnirində 72 ölkədən 763 idmançı iştirak edib. Mövsümün son liqası 12-14 oktyabr tarixlərində Tokioda keçiriləcək. Milli komanda vətənə qayıtdıqdan sonra Yaponiyadakı yarışa hazırlıq məşqlərinə başlayacaq.

Son xəbərlər

Orphus sistemi