Yuxarı

​Azərbaycan yığmasının üzvü "Qalatasaray"la müqavilə bağlayıb

Basketbolçu transfer qadağası qalxdıqdan sonra oynaya biləcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Basketbol üzrə Azərbaycan yığma komandasının üzvü Çak Deyvis karyerasını Türkiyənin "Qalatasaray" klubunda davam etdirəcək. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 32 yaşlı idmançı "sarı-qırmızılar"a Balıkesirin "Bandırma" klubundan transfer olunub.

Onunla mövsümün sonunda daha 1 il uzadıla bilməsi şərtilə 6 aylıq müqavilə imzalanıb. Hazırda kluba Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası tərəfindən transfer qadağası qoyulduğundan, Deyvis sanksiya aradan qalxdıqdan sonra "Qalatasaray"ın heyətində oyunlara çıxa biləcək.

Qeyd edək ki, Çak Deyvis ABŞ-ın Alabama ştatında anadan olub. O, 5 ilə yaxındır Azərbaycan yığmasının üzvüdür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi