Yuxarı

Azərbaycan idmançısı Afrika Kubokunda qızıl medal qazanıb

Digər triatletimiz Aleksandr İatcenko 6-cı yerlə kifayətlənib

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan yığmasının triatleti Rostislav Pevsov Misirin Xurqada şəhərində keçirilən Açıq Afrika Çempionatında qələbə qazanaraq qızıl medala sahib çıxıb.

"Report" xəbər verir ki, yarışda ikinci yeri italiyalı Matias Şteynvandter, üçüncü yeri isə Çexiya idmançısı Premışl Svarç tutub.

Yığmanın digər üzvü Aleksandr İatcenko 6-cı yerlə kifayətlənməli olub.

Triatlon üzrə qadınların yarışında birinci və üçüncü yerlər rusiyalı triatletlər - Arina Şulqinaya və Anastasiya Abrosimovaya, ikinci yer isə ukraynalı Aleksandra Stepanenkoya nəsib olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi