Azərbaycan millisinin həndbolçusu Türkiyə çempionu olub

Azərbaycan millisinin həndbolçusu Türkiyə çempionu olub Marina Tankatskayanın klubu mövsüm ərzində 3 kubok qazanıb
Komanda
1 İyun , 2015 13:14
Azərbaycan millisinin həndbolçusu Türkiyə çempionu olub

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın həndbolçu qadınlardan ibarət milli komandasının üzvü Marina Tankatskayanın çıxış etdiyi Türkiyənin "Yenimahalle Belediyesi" klubu tarixi nailiyyətə imza atıb. "Report"un məlumatına görə, Ankara təmsilçisi Türkiyə Super Kuboku və ölkə kubokunun ardından, Super Liqanın da qalibi olub.

"Pley-off" seriyasının 4-cü qarşılaşmasında paytaxt komandası "Muratpaşa Belediyespor"u səfərdə 35:33 hesabı ilə yenib. Ümumi nəticədə 3:1 hesablı üstünlük əldə edən "Yenimahalle Belediyesi" tarixində ilk dəfə çempion olub. Bu münasibətlə komandaya qızıl medal və kubok təqdim edilib.

Son xəbərlər

Orphus sistemi