Yuxarı
    Bağlamaq

    Azərbaycan həndbol millisi Ermənistan yığmasını böyük hesabla məğlub edib

    Qalib komandadan ən yaxşı oyunçu adına Maksim Butenko layiq görülüb

    Bakı. 16 iyun. REPORT.AZ/ Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası Bolqarıstanda Avropanın zəif ölkələri arasında keçirilən "Challenge Trophy" turnirində 9 - 16-cı yerlər uğrunda ilk görüşə çıxıb. "Report"un məlumatına görə, rəqib Ermənistan yığması olub.

    Görüş Hikmət Abdullayevin baş məşqçi olduğu komandanın aşkar üstünlüyü şəraitində keçib. İlk yarıdan 21:7 hesablı üstünlüklə ayrılan Azərbaycan millisi yekunda 18 top fərqi ilə qələbə qazanıb - 39:21. Qalib komandadan ən yaxşı oyunçu adına Maksim Butenko layiq görülüb.

    Qeyd edək ki, Azərbaycan millisi daha 2 rəqiblə görüşdən qalib ayrılsa, turniri 9-cu yerdə başa vuracaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi