Azərbaycan - Ermənistan: Heyətlər açıqlanıb

Azərbaycan - Ermənistan: Heyətlər açıqlanıb Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.
Komanda
406
18 Noyabr , 2021 13:12
Azərbaycan - Ermənistan: Heyətlər açıqlanıb

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.

"Report"un məlumatına görə, kişilərdən ibarət komanda Ermənistan yığması ilə, qadınlar isə İtaliya ilə üz-üzə gələcək.

Avropa çempionatı, VI tur
Kişilər
18 noyabr

Azərbaycan - Ermənistan
Şəhriyar Məmmədyarov - Qabriel Sarkisyan
Teymur Rəcəbov - Hayk Martirosyan
Rauf Məmmədov - Robert Ovanisyan
Nicat Abbasov - Samvel Ter-Sahakyan

Məmmədyarov və Məmmədov ağ, Rəcəbovla Abbasov qara fiqurlarla oynayacaq.

İtaliya - Azərbaycan
Marina Brunello - Günay Məmmədzadə
Olqa Zimina - Gülnar Məmmədova
Tea Queçi - Xanım Balacayeva
Daniela Movilyanu - Ülviyyə Fətəliyeva

Məmmədova ilə Fətəliyeva ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Kişilərdən ibarət yığma hazırda 8 xalla Rusiya, Ukrayna, Macarıstan, Ermənistan və Niderlandla birgə 1 - 6-cı, qadınlardan ibarət komanda isə Polşa, İtaliya və Ukrayna ilə birlikdə 4 - 7-ci yerləri bölüşdürür.

Son xəbərlər

Orphus sistemi