Yuxarı
    Bağlamaq

    ​Azərbaycan cüdoçuları "Böyük dəbilqə" turnirində çıxışlarını başa vurublar

    Komanda turnirdə 2 bürünc medal qazanıb

    Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük dəbilqə" turnirində çıxışlarını başa vurublar.

    "Report"un məlumatına görə, ölkə təmsilçilərindən son olaraq Məmmədəli Mehdiyev tatami üzərinə çıxıb.

    90 kq çəki dərəcəsində yer alan Mehdiyev bürünc medal qarşılaşmasında fransalı Aksel Klerge ilə üz-üzə gəlib. Görüş Klergenin qələbəsi ilə yekunlaşıb.

    Bununla da Azərbaycan yığmasının "Böyük dəbilqə"ni 2 bürünc medalla tamamlayacağı dəqiqləşib. Həmin medallara Tərlan Kərimov (66 kq) və Rüstəm Orucov (73 kq) yiyələnib.

    Qeyd edək ki, final qarşılaşmalarını Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev izləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi