Azərbaycan cüdoçuları Avropa kubokunun ilk günündə 4 medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa kubokunun ilk günündə 4 medal qazanıblar Yarış Berlində keçirilir
Komanda
1520
29 İyul , 2017 23:06

Bakı. 29 iyul. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

"Report" xəbər verir ki, mötəbər birinciliyin ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Gənclərdən ibarət milli komandamız aktivinə 2 qızıl, 1 gümüş və 1 bürünc medal yazdırıb. Milli komandamızın üzvləri Nəzakət Əzizova (52 kq) və Kəramət Hüseynov (60 kq) bütün rəqiblərinə qalib gələrək Berlində qızıl medala sahib olublar. 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva yalnız finalda uduzaraq gümüş medal qazanıb. 66 kq çəki dərəcəsində yarışan Yaqub Cavadov Avropa kuboku yarışında bürünc medala layiq görülüb.

Beləliklə gənc cüdoçularımız Berlin turnirinin ilk günündə 4 medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi