Azərbaycan cüdoçuları Avropa kubokunda daha 3 medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa kubokunda daha 3 medal qazanıblar Antalyada keçirilən yarış başa çatıb
Komanda
855
4 Mart , 2018 19:23
Azərbaycan cüdoçuları Avropa kubokunda daha 3 medal qazanıblar
judo.az

Bakı. 4 mart. REPORT.AZ/ Antalyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb.

“Report” xəbər verir ki, beynəlxalq turnirin son günü millimiz aktivinə daha üç medal yazdırıb.

Oğlanların mübarizəsində İbrahim Ağakişiyev (81 kq), Yaqub İsmayılzadə (90 kq) və Toğrul Salmanov (+90 kq) yalnız final görüşündə uduzaraq gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olub.

Yarışın ilk günündə millimizin üzvləri Vüsalə Kərimova qızıl, Səbinə Əliyeva isə bürünc medala layiq görülüb.

Son xəbərlər

Orphus sistemi