Azərbaycan cüdoçuları Antalyada 8 medal qazanıblar

Azərbaycan cüdoçuları Antalyada 8 medal qazanıblar Komandanın aktivində 4 qızıl medal var
Komanda
5 Mart , 2016 22:46
Azərbaycan cüdoçuları Antalyada 8 medal qazanıblar

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına start verilib.

“Report” xəbər verir ki, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Ölkəmizi təmsil edən Rövşən Əliyev (50 kq), Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq) və Şahanə Hacıyeva (44 kq) qızıl, Raşxan Baxışəliyev (50 kq) və Yaqub Cavadov (60 kq) gümüş, Fərid Qəzənfərov (50 kq) və Yaşar Nəcəfov (55 kq) isə bürünc medal qazanıblar.

Elvin Mirzəyev (60 kq), Knyaz Mahmudlu (66 kq) və Fəridə Səfərova (52 kq) 5-ci yerlə kifayətlənməli olublar. 
Mehdi Zeynalov (50 kq) isə 7-ci olub.

Bununla da, Azərbaycan millisi yarışın ilk günündə aktivinə 8 medal (4 qızıl, 2 gümüş və 2 bürünc) yazdıraraq komanda hesabında birinci yerdə gedirlər.

Son xəbərlər

Orphus sistemi