Yuxarı

​Azərbaycan cüdo komandası VI Hərbi Dünya Oyunlarında üçüncü olub

Yığma Səudiyyə Ərəbistanı, Qətər və Əlcəzair üzərində 5-0 hesablı qələbə qazanıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Cənubi Koreyanın Munqyeonq şəhərində VI Hərbi Dünya Oyunlarının ilk yarış günü keçirilib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 56 komandanın qatıldığı cüdo komanda yarışlarında Azərbaycanın kişi hərbçilərdən ibarət cüdo yığması bürünc medal qazanaraq, VI Hərbi Dünya Oyunlarının üçüncüsü olub.

Oktyabrın 3-də keçirilən yarışlarda Azərbaycan cüdo komandası Səudiyyə Ərəbistanı, Qətər və Əlcəzair idmançılarını 5-0 hesabı ilə məğlub edib. Komandamız dünya çempionu Braziliyaya məğlub olaraq üçüncü yerə çıxıb.

120 dövlətdən təxminən 8.100 idmançının iştirakı ilə 24 idman növündə keçirilən VI Hərbi Dünya Oyunlarına Azərbaycan boks, cüdo, taekvondo və güləş idman növlərində iştirak edir. Hərbi idmançılarımız bu gün boks yarışları ilə çempionata davam edəcək.

Hərbçilərin Dünya Oyunlarında yığma komandamızı Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Safquliyev (90 kq) və Elmar Qasımov təmsil edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi