Azərbaycan çempionatının oyunları Qəbələdə keçiriləcək

Azərbaycan çempionatının oyunları Qəbələdə keçiriləcək 3 dövrəlik çempionatda 4 komanda mübarizə aparacaq
Komanda
19 Noyabr , 2015 11:42
Azərbaycan çempionatının oyunları Qəbələdə keçiriləcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının ilk dövrəsinin oyunları Qəbələ Olimpiya Kompleksində keçiriləcək. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, çempionatda 4 komanda mübarizə aparacaq.

Noyabrın 22-də start götürəcək yarışın açılış mərasimi saat 16:30-da başlanacaq. Bunadək "Neftçi" - "Nəqliyyatçı Gənclər" mərasimindən sonra isə "Sumqayıt" - "Nəqliyyatçı" görüşləri baş tutacaq. Ertəsi gün "Nəqliyyatçı Gənclər" "Sumqayıt"ı, "Neftçi" "Nəqliyyatçı"nı sınağa çəkəcək. Nəhayət, noyabrın 24-də "Nəqliyyatçı" - "Nəqliyyatçı Gənclər" və "Sumqayıt" - "Neftçi" qarşılaşmaları oynanılacaq.

Qeyd edək ki, qalan 2 dövrənin oyunlarının tarixi və məkanı hələ müəyyənləşməyib.  

Son xəbərlər

Orphus sistemi