Yuxarı
    Bağlamaq

    ​Azərbaycan buzadırmanma üzrə Dünya Çempionatında 2-ci yeri tutub

    Yarışda ölkəmizi FAIREX idmançılarından ibarət milli komanda təmsil edib

    Bakı. 8 mart. REPORT.AZ/ Rusiyanın Kirov şəhərində 6-8 mart tarixlərində keçirilən sürətlə buzadırmanma üzrə Dünya Çempionatına yekun vurulub.

    Yarışda ölkəmizi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) idmançılarından ibarət milli komanda təmsil edib.

    Federasiyadan "Report"a verilən məlumata görə, çempionatın yekunu üzrə komandalararası yarışda Azərbaycan millisi 2-ci yeri tutub.

    Kişilər və qadınlar arasında sürət üzrə keçirilən çempionat üç gün davam edib.

    Yarışlarda ölkəmizi Rinat Rəhimxanov, Alim Atluxanov, Qalib Şıxrəhimov, Ramel Rəhimxanov, Leyla Əhmədova və Sima Səfərova təmsil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi