Azərbaycan avrokubokda iki klubla təmsil oluna bilər

Azərbaycan avrokubokda iki klubla təmsil oluna bilər Lüksemburqda Avropa Voleybol Konfederasiyasının (CEV) baş qərargahında Qızıl və Gümüş Avropa Liqalarının yeni mövsümü ilə bağlı iclas keçirilib.
Komanda
192
17 Dekabr , 2019 20:07
Azərbaycan avrokubokda iki klubla təmsil oluna bilər

Lüksemburqda Avropa Voleybol Konfederasiyasının (CEV) baş qərargahında Qızıl və Gümüş Avropa Liqalarının yeni mövsümü ilə bağlı iclas keçirilib. 

"Report"un məlumatına görə, görüşdə CEV prezidenti Aleksandr Boriçiç, qurumun təmsilçiləri, yarışlarında mübarizə aparacaq 36 komanda və 23 federasiyanın rəsmiləri iştirak ediblər.

İclasda Azərbaycanı Voleybol Federasiyası baş katibi Cəlil Cəfərov və İdman şöbəsinin rəhbəri Elnur Məmmədov iştirak edib. 

Toplantıda bildirilib ki, “Dördlər finalı”nın mükafat fondu 305 min avro təşkil edəcək və bu vəsaitin 125 mini qalibə çatacaq.

İclasdan sonra CEV rəhbəri Aleksandr Boriçiç AVF-in baş katibi Cəlil Cəfərov və Elnur Məmmədovla görüşüb. 

Söhbət zamanı Azərbaycanda voleybolun inkişafı üçün görülən işlərdən Azərbaycan Voleybol Federasiyasının 2020-2024-cü illər üçün hazırladığı inkişaf planı haqqında ətraflı danışıqlar aparılıb. Gələn il avrokuboklarda Azərbaycanın iki klubla iştirak etməsi də müzakirə mövzusu olub.

Son xəbərlər

Orphus sistemi