Azərbaycan atletləri 2-ci Beynəlxalq Fəcr Kubokuna qatılacaqlar

Azərbaycan atletləri 2-ci Beynəlxalq Fəcr Kubokuna qatılacaqlar Bakı.1 mart REPORT.AZ/ Bu il martın 9-14-də İranın Əhvaz şəhərində ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku keçiriləcək. "Report" x...
Komanda
1 Mart , 2017 18:50
Azərbaycan atletləri 2-ci Beynəlxalq Fəcr Kubokuna qatılacaqlar

Bakı.1 mart REPORT.AZ/ Bu il martın 9-14-də İranın Əhvaz şəhərində ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku keçiriləcək. 

"Report" xəbər verir ki, böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər. Komandamızın heyətində Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi – 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq) mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi