Azərbaycan ağırlıqqaldıranları Qran-pridə iştirak edəcəklər

Azərbaycan ağırlıqqaldıranları Qran-pridə iştirak edəcəklər Dekabrın 4-18-də Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-prisi keçiriləcək.
Komanda
1 Dekabr , 2023 16:24
Azərbaycan ağırlıqqaldıranları Qran-pridə iştirak edəcəklər

4-18 dekabrda Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-prisi keçiriləcək.

"Report"un məlumatına görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 500-ə yaxın atlet iştirak edəcək.

Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Qadınlardan Nazilə İsmayılova (49 kq), kişilərdən Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq) mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi