Yuxarı

Avropa Liqasında Azərbaycan - Yunanıstan görüşləri Bakıda keçiriləcək

Görüşləri serbiyalı və italiyalı hakimlər idarə edəcək

Bakı. 22 iyun. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan və Yunanıstan yığmaları arasında Avropa Liqasının yarımfinalında keçiriləcək oyunların yeri və hakimləri müəyyənləşib. "Report"un məlumatına görə, tərəflərin razılığı əsasında hər iki qarşılaşma Bakıda təşkil olunacaq. 

İlk görüş iyunun 25-də, cavab oyunu isə iyunun 26-da saat 18:00-da Voleybol Mərkəzində baş tutacaq. Hər iki qarşılaşmanı serbiyalı Nenad Davidoviçlə italiyalı İlaria Vaqni idarə edəcək.

Finala yüksələn komanda digər yarımfinaldakı Sloveniya - Slovakiya cütünün qalibi ilə görüşəcək. Həlledici qarşılaşmalar iyunun 30-da və iyulun 3-də keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi