Avropa çempionatına Azərbaycanın 3 futzalçısı aparılmayacaq

Avropa çempionatına Azərbaycanın 3 futzalçısı aparılmayacaq Yığma komanda yanvarın 31-də yola düşəcək
Komanda
25 Yanvar , 2016 10:44
Avropa çempionatına Azərbaycanın 3 futzalçısı aparılmayacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Futzal üzrə Azərbaycan millisi Serbiyada keçiriləcək Avropa çempionatı öncəsi hazırlıq prosesinin son mərhələsinə qədəm qoyub. AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev "Report"a bildirib ki, hazırlığın ikinci mərhələsi yanvarın 30-dək davam edəcək. 

Bu həftə ərzində komandanın yoxlama görüşü nəzərdə tutulub: "Rəqib hələ dəqiqləşməyib. Ya klublardan biri, ya da klubların yığması ilə görüş keçiriləcək. Bundan sonra yekun heyət müəyyənləşəcək. Yanvarın 31-i səhər Bakı-İstanbul-Belqrad reysi ilə Serbiyaya yollanacağıq".

A.Xudiyev toplanışda iştirak edən 17 futzalçıdan 14-nün Aropa çempionatına aparılacağını bildirib. O, komandanın hədəfini də açıqlayıb: "Hər kəs ciddi hazırlaşır. Minimum hədəfimiz qrupdan çıxmaqdır. Çalışacağıq ki, 1/4 finala yüksəlmək üçün hər iki oyunda lazım olan nəticəni əldə edək. Bu mərhələdə rəqibimiz Rusiya, Qazaxıstan və Xorvatiya komandalarından biri ola bilər".

Azərbaycan futzalçıları Avrpa çempionatının ilk oyununa fevralın 3-də çıxacaqlar. Rəqib İtaliya yığması olacaq. İkinci görüş isə ayın 5-i Çexiyaya qarşı keçiriləcək. Hər iki qarşılaşma yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında 12 komanda 4 qrupda mübarizə aparacaq. Reqlamentə əsasən, hər qrupda ilk 2 yerin sahibləri 1/4 finala yüksələcək.

Son xəbərlər

Orphus sistemi