Avropa çempionatı: Azərbaycanın karate komandası finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın karate komandası finala yüksəlib Azərbaycanın karate üzrə kumite komandası Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Komanda
27 May , 2022 14:01
Avropa çempionatı: Azərbaycanın karate komandası finala yüksəlib

Azərbaycanın karate üzrə kumite komandası Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət heyət həlledici raunnda Fransa ilə üz-üzə gələcək.

Final mayın 29-da olacaq.

Mübarizəyə 1/8 finalda start verən yığma ardıcıl olaraq Kosovonu 3:1, Portuqaliyanı 2:0, Yunanıstanı isə 3:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi