Avropa çempionatı: Azərbaycan yığması yarımfinalda Hollandiyaya uduzub

Avropa çempionatı: Azərbaycan yığması yarımfinalda Hollandiyaya uduzub İlk finalçı müəyyənləşib
Komanda
30 Sentyabr , 2017 20:32
Avropa çempionatı: Azərbaycan yığması yarımfinalda Hollandiyaya uduzub

Bakı. 30 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Avropa çempionatında yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, finala vəsiqə uğrunda ilk görüş Azərbaycan və Hollandiya yığmaları arasında keçirilib.

Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunmuş qarşılaşmanın ilk setini meydan sahibləri üstün başa vurublar. Lakin sonrakı iki setdə Hollandiya yığması daha üstün təsir bağışlayaraq, qələbə qazanıb. Dördüncü setdə Azərbaycan millisi yüksək əzmkarlıq hesabına setlərdə qələbə nisbətini bərabərləşdirib.

"Tay-breyk"də isə yenə Hollandiya üstün olaraq, qələbəyə nail olub - 3:2. Bununla da "narıncılar" ardıcıl ikinci dəfə Avropa çempionatının finalına yüksəliblər. Azərbaycan isə 12 ildən sonra yenə yarımfinalda uduzub. Amma Faiq Qarayevin baş məşqçi olduğu komandanın tarixində ilk dəfə çempionatı bürünc medalla başa vurma şansı qalır. Bunun üçün Türkiyə və Serbiya yığmaları arasında keçiriləcək digər yarımfinal görüşündən məğlub ayrılacaq komandanı oktyabrın 1-də 3-cü yer uğrunda görüşdə yenmək lazımdır.

Avropa çempionatı

Yarımfinal

18:00. Azərbaycan - Hollandiya - 2:3 (25:20, 19:25, 19:25, 27:25, 12:15)

Hakimlər: Vladimir Oleynik (Rusiya), Onur Hoşnut (Türkiyə)

Son xəbərlər

Orphus sistemi