Avropa çempionatı: Azərbaycan yığmaları Serbiya və İsveçə qalib gəlib

Avropa çempionatı: Azərbaycan yığmaları Serbiya və İsveçə qalib gəlib Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün ikinci turun görüşləri keçirilir.
Komanda
261
13 Noyabr , 2021 22:27
Avropa çempionatı: Azərbaycan yığmaları Serbiya və İsveçə qalib gəlib

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün ikinci turun görüşləri keçirilir.

"Report"un məlumatına görə, ilk turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları bu dəfə daha güclü rəqiblərlə üz-üzə gəliblər.

Kişilərdən ibarət komanda Serbiya ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Şəhriyar Məmmədyarov ilk, Nicat Abbasov sonuncu lövhədə rəqiblərindən üstün olubsa, Teymur Rəcəbovla Qədir Hüseynov heç-heçə ilə kifayətlənib.

Qadın yığması isə İsveçdən üstün olub - 4:0. Günay Məmmədzadə, Xanım Balacayeva və Ülviyyə Fətəliyevanın ardından son olaraq, Gülnar Məmmədova da görüşünü qələbə ilə başa vurub.

Avropa çempionatı, II tur

Kişilər

Serbiya - Azərbaycan - 0:3

Aleksandr İndiç - Şəhriyar Məmmədyarov - 0:1

İvan İvaniseviç - Teymur Rəcəbov - 0,5:0,5

Robert Markus - Qədir Hüseynov - 0,5

Miloş Perunoviç - Nicat Abbasov - 0:1

Qadınlar

İsveç - Azərbaycan - 0:4

Pia Kramlinq - Günay Məmmədzadə - 0:1

İnna Agrest - Gülnar Məmmədova

Elena Andriç - Xanım Balacayeva - 0:1

Marqarita Zaritovskaya - Ülviyyə Fətəliyeva - 0:1

Qeyd edək ki, ilk turda kişilər İtaliyanı, qadınlar Türkiyəni məğlub edib - 4:0.

Son xəbərlər

Orphus sistemi