Avropa çempionatı: Azərbaycan komandaları heç-heçə edib

Avropa çempionatı: Azərbaycan komandaları heç-heçə edib Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün VIII turun görüşlərini keçiriblər
Komanda
222
20 Noyabr , 2021 23:46
Avropa çempionatı: Azərbaycan komandaları heç-heçə edib

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün VIII turun görüşlərini keçiriblər.

"Report"un məlumatına görə, kişilərdən ibarət komanda Ukrayna yığması ilə qarşılaşıb. Oyun heç-heçə ilə yekunlaşıb - 2:2. Heyət üzvlərinin hamısı - Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abbasov rəqibləri ilə "sülh"ə razılaşıblar.

Bu nəticə Azərbaycan yığmasının lider mövqeyini itirməsinə və 12 xalla 3-cü yerə enməsinə səbəb olub. İlk 2 pillədəki Ermənistan və Fransanın, eləcə də 4-cü yerdə gedən Ukraynanın da eyni miqdarda xalı var. 

Qadınlardan ibarət kollektiv isə Macarıstanla üz-üzə gəlib. Bu oyunda da eyni hesab qeydə alınıb. Heyət üzvlərindən Gövhər Beydullayeva görüşünü qələbə ilə bitirsə də, Xanım Balacayeva məğlubiyyətlə üzləşib. İlk 2 lövhədəki Günay Məmmədzadə və Gülnar Məmmədova isə heç-heçə ilə kifayətləniblər.

Bu nəticədən sonra Azərbaycan 10 xalla 4-cü pillədə qərarlaşıb. Polşa, Ukrayna, Fransa, Niderland, Macarıstan və Yunanıstan da eyni xala malikdir. Bu komandaların hamısı son tur öncəsi qızıl və gümüş medal şanslarını itiriblər. Onlar həlledici turda yalnız bürünc medal uğrunda mübarizə aparacaqlar.

Avropa çempionatı, VIII tur
20 noyabr

Kişilər

Azərbaycan - Ukrayna - 2:2

Teymur Rəcəbov - Anton Korobov - 0,5:0,5

Rauf Məmmədov - Andrey Volokitin - 0,5:0,5

Qədir Hüseynov - Yuri Kuzubov - 0,5:0,5

Nicat Abbasov - Kirill Şevçenko - 0,5:0,5

Qadınlar

Macarıstan - Azərbaycan - 2:2

Sidoniya Lazarne - Günay Məmmədzadə - 0,5:0,5

Titsiya Qara - Gülnar Məmmədova - 0,5:0,5

Joka Qaal - Xanım Balacayeva - 1:0

Barbara Mihok-Yuhas - Gövhər Beydullayeva - 0:1

Son xəbərlər

Orphus sistemi