Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib A qrupunun son görüşündə Azərbaycan millisi Almaniyanı sınağa çəkib
Komanda
25 Sentyabr , 2017 23:18
Avropa çempionatı: 1/4 finalçılar və play-offa vəsiqələrin sahibləri müəyyənləşib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Avropa çempionatında qrup mərhələsinə bu gün Milli Gimnastika Arenasında keçirilmiş 3 oyunla yekun vurulub.

"Report"un məlumatına görə, A qrupunun son görüşündə Azərbaycan millisi Almaniyanı sınağa çəkib.

İlk 2 turu qələbə ilə başa vuran Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Bundestimə hətta minimal fərqlə uduzsa belə, qrup lideri kimi 1/4 finala yüksələcəkdi. Amma Macarıstan və Polşaya heç bir şans verməyən Azərbaycan yığması Almaniyaya 1 set versə də, yenə 3 xalı öz aktivinə yazıb. Beləliklə, təşkilatçı ölkə komandası maksimum xalla və qrup lideri kimi adını 8 ən güclü komanda sırasına yazdırıb.

C qrupunda isə 2 oyun olub. Əvvəlcə Rusiya və Bolqarıstan milliləri üz-üzə gəlib. Bu görüşdə qonşu ölkə komandası minimal fərqlə qalib gələrək, qrup lideri kimi 1/4 finala yüksəlib. Aktivinə daha 1 xal yazan Bolqarıstan isə ikinci yeri təmin edib. Qrupun digər oyununda isə ilk iki turu məğlubiyyətlə başa vurmuş Türkiyə və Ukrayna yığmaları qarşılaşıb. "Ay-ulduzlular" bu dəfə daha üstün oyun sərgiləyərək, 3:1 hesablı qələbə sayəsində adını Bolqarıstanla birgə "play-off"a yazdırıb.

Beləliklə, "play-off"da görüşəcək komandalar:

26 sentyabr

18:00. Belarus - Çexiya

20:30. Hollandiya - Xorvatiya

27 sentyabr

18:00. Polşa - Türkiyə

20:30. Bolqarıstan - Almaniya

1/4 final

28 sentyabr

İtaliya - Hollandiya / Xorvatiya cütünün qalibi

Serbiya - Belarus / Çexiya cütünün qalibi

29 sentyabr

Azərbaycan - Bolqarıstan / Almaniya cütünün qalibi

Rusiya - Polşa / Türkiyə cütünün qalibi

Avropa çempionatı

A qrupu

18:00. Almaniya - Azərbaycan - 1:3 (25:19, 19:25, 18:25, 18:25)

Hakimlər: Stefan Takaişvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)

Xal durumu: Azərbaycan - 9, Polşa - 5, Almaniya - 4, Macarıstan - 0.

C qrupu

15:30. Rusiya - Bolqarıstan - 3:2 (21:25, 25:20, 23:25, 25:21, 15:13)

20:30. Türkiyə - Ukrayna - 3:1 (25:20, 25:19, 20:25, 25:23)

Xal durumu: Rusiya - 7, Bolqarıstan - 5, Türkiyə - 4, Ukrayna - 2.

Son xəbərlər

Orphus sistemi