AVRO-2022: Bu gün millimiz Yunanıstanın qonağı olacaq

AVRO-2022: Bu gün millimiz Yunanıstanın qonağı olacaq Bu gün futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirəcək.
Komanda
2 Fevral , 2021 07:30
AVRO-2022: Bu gün millimiz Yunanıstanın qonağı olacaq

Bu gün futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirəcək.

"Report"un məlumatına görə, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq.

Afinadakı Daiss İdman Sarayında oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Yığmanın heyətində zədəli olan Amir Şojaei və Hadi Ahmadi oyunu buraxacaqlar. Onların əvəzinə Yunanıstan paytaxtına Oktay Rüstəmli aparılıb.

Qrupun digər qarşılaşmasında Slovakiya seçməsi Moldovanı qəbul edəcək.

Avropa çempionatı

Seçmə mərhələ, 3-cü qrup

20:00. Yunanıstan - Azərbaycan

Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland)

Afina, "Daiss" İdman Sarayı.

Xal durumu: Azərbaycan - 3, Moldova - 3, Yunanıstan - 0, Slovakiya - 0.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3. Hazırda Moldova ilə eyni xala (3) malik yığma top fərqinə görə birinci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi