AVRO-2021: Millimiz məğlubiyyətlə başladı

AVRO-2021: Millimiz məğlubiyyətlə başladı komanda F qrupunda ilk oyununu Monteneqro seçməsinə qarşı keçirib
Komanda
130
7 May , 2021 17:20
AVRO-2021: Millimiz məğlubiyyətlə başladı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, komanda F qrupundakı ilk oyununu Monteneqro seçməsinə qarşı keçirib. Gürcüstanın paytaxtı Tbilisidə baş tutmuş görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

İlk set Monteneqronun 25:23 hesablı qələbəsi ilə bitib. İkinci setdə 25:21 hesabı ilə məğlub olan yığma yeganə qələbəsini üçüncü setdə əldə edib - 25:21. Dördüncü set Monteneqronun xeyrinə başa çatıb - 25:15.

Qrupda ilk turun digər qarşılaşmasında Gürcüstan Yunanıstanla görüşəcək.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 8-də Gürcüstana qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi