AVRO-2021: Millimiz birinci dövrəyə məğlubiyyətlə yekun vurdu

AVRO-2021: Millimiz birinci dövrəyə məğlubiyyətlə yekun vurdu Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib
Komanda
118
9 May , 2021 16:53
AVRO-2021: Millimiz birinci dövrəyə məğlubiyyətlə yekun vurdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.

"Report"un məlumatına görə, F qrupunda mübarizə aparan yığma Gürcüstanda təşkil olunan I dövrənin son matçında lider Yunanıstanla qarşılaşıb.

Tbilisi Voleybol Arenasındakı görüş Fərid Cəlalovun baş məşqçi olduğu kollektivin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yunanlar ilk setdə 25:21, ikinci setdə 25:19, üçüncü setdə isə 25:18 hesabı ilə üstün olublar.

Bu qələbədən sonra maksimum nəticə göstərən Yunanıstan F qrupuna başçılıq edir. 3 xalı olan Azərbaycan millisi isə üçüncüdür.

Qrupun digər qarşılaşmasında 4 xalla 2-ci sırada qərarlaşan Monteneqro ilk iki turdan sonra xalsız olan Gürcüstan seçməsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AVRO-2021-ə vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi