Yuxarı

"Araz" klubu UEFA Kubokunda növbəti oyununu keçirəcək

Rəqib Makedoniya klubu olacaq

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Araz" klubu futzal üzrə UEFA kubokunun əsas mərhələsində sonuncu oyununu keçirəcək. 

"Report"un məlumatına görə, budəfəki rəqib 2-ci qrupun oyunlarına ev sahibliyi edən Makedoniyanın "Jelezarets" klubu olacaq.

Paytaxt Skopyedə keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Bu görüş elit mərhələyə vəsiqə baxımından elə də əhəmiyyət daşımır. Çünki artıq Azərbaycan təmsilçisi 2 oyunda 6 xal qazanaraq qrup liderliyini təmin edir. Bugünkü qarşılaşmada "Araz"ın tək hədəfi məğlubiyyətsizlik seriyasını davam etdirmək və maksimum nəticə göstərməkdir.

Qrupun digər oyununda Gürcüstanın Tbilisi Dövlət Universiteti komandası Kosova "Feniks"i ilə ikinci yer uğrunda mübarizə aparacaq. Hər iki komandanın aktivində 3 xal var. Meydan sahiblərinin təmsilçisinin isə aktivində xal yoxdur.

Elit raundun püşkatma mərasimi oktyabrın 21-də keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi