"Araz" futzal üzrə UEFA kubokunun əsas mərhələsində ilk oyununu keçirib

"Araz" futzal üzrə UEFA kubokunun əsas mərhələsində ilk oyununu keçirib Naxçıvan təmsilçisi mübarizəyə darmadağınla başlayıb
Komanda
11 Oktyabr , 2016 21:51
Araz futzal üzrə UEFA kubokunun əsas mərhələsində ilk oyununu keçirib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan çempionu "Araz" bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, 2-ci qrupun ilk oyununda rəqib Gürcüstanın Tbilisi Dövlət Universitetinin komandası olub.

Qarşılaşma Makedoniyanın paytaxtı Skopyedə Boris Trajkovski adına İdman Mərkəzində keçirilib. Naxçıvan təmsilçisi mübarizəyə darmadağınla başlayıb - 7:1. Komandamızın legionerlərindən 3-ü dubl edib.

Qeyd edək ki, 2-ci qrupda "Araz" və Gürcüstanın Tbilisi Dövlət Universitetinin komandası ilə yanaşı Kosovanın "Feniks" və Makedoniyanın "Zelezarets" klubları da yer alıb. Azərbaycan təmsilçisi növbəti oyununu oktyabrın 12-də "Feniks"ə, bundan 2 gün sonra isə "Zelezarets"ə qarşı keçirəcək.

Futzal

UEFA kuboku, əsas mərhələ

19:30. "Araz" (Azərbaycan) - TDU (Gürcüstan) - 7:1

Qollar: Everton Kardoso, 4, 12, Vassura, 30-pen, 36, Bolinha, 38, 39, Xətai Bağırov, 39 - Georgi Sozaşvili, 24

Son xəbərlər

Orphus sistemi