"Araz" Çempionlar Liqasında mübarizəni dayandırıb

"Araz" Çempionlar Liqasında mübarizəni dayandırıb Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz” bu gün əsas mərhələdə son oyununu keçirib.
Komanda
12 Oktyabr , 2019 21:21
Araz Çempionlar Liqasında mübarizəni dayandırıb

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz” bu gün əsas mərhələdə son oyununu keçirib.

"Report"un məlumatına görə, Belçikanın “De Bres Arena”sında Ukraynanın “Xerson” klubu ilə qarşılaşma rəqibin 8:3 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın heyətində İsa AtayevXətai Bağırov fərqlənib. Bir dəfə isə avtoqol qeydə alınıb.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda əvvəlki qarşılaşmalarında Portuqaliya "Benfika"sına 0:7, Belçika “Halle-Gooik”inə isə 1:5 hesabı ilə uduzduğu üçün qrupda sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi