"Anadolu Efes" basketbol üzrə Avro Liqa çempionu oldu

"Anadolu Efes" basketbol üzrə Avro Liqa çempionu oldu Almaniyanın Köln şəhərində Avro Liqanın "Final dördlüyü"nün həlledici matçı qurtarıb.
Komanda
31 May , 2021 01:45
Anadolu Efes basketbol üzrə Avro Liqa çempionu oldu

Almaniyanın Köln şəhərində basketbol üzrə Avro Liqanın "Final dördlüyü"nün həlledici matçı başa çatıb.

“Report” xəbər verir ki, son matçda "Barselona" "Anadolu Efes"lə qarşılaşıb. İspaniya komandası qarşılaşmaya üstün tərəf kimi başlayıb və birinci hissəni 7 xal üstünlüyü ilə udub - 22:15. Amma ikinci hissədə İstanbul təmsilçisi təşəbbüsü ələ alıb və 39:36 hesabı ilə irəli çıxıb.

Fasilədən sonra Ergin Atamanın yetirmələri üstünlüyü artırmağı davam etdiriblər. Üçüncü yarı "Efes"in 65:58 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun son hissəsində "Barselona" oyunda dönüş yaratmağa çalışıb, amma "Anadolu Efes" 86:81 hesab ilə qələbə qazanaraq, Avro Liqa çempionu olub.

Qeyd edək ki, bu, "Anadolu Efes"in turnirdə ilk qələbəsidir.

Son xəbərlər

Orphus sistemi