Amerikalı idmançılar Pekinə telefonlarını aparmayacaqlar

Amerikalı idmançılar Pekinə telefonlarını aparmayacaqlar ABŞ Olimpiya Komitəsi amerikalı idmançılara haker hücumu təhlükəsi səbəbindən Pekin Olimpiadasına gedəcəkləri zaman özləri ilə smartfonlarını aparmamağı tövsiyə edib.
Komanda
23 Yanvar , 2022 14:37
Amerikalı idmançılar Pekinə telefonlarını aparmayacaqlar

ABŞ Olimpiya Komitəsi amerikalı idmançılara haker hücumu təhlükəsi səbəbindən Pekin Olimpiadasına gedəcəkləri zaman özləri ilə smartfonlarını aparmamağı tövsiyə edib.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, mobil telefonlar Çində oyunların bütün qonaqları tərəfindən quraşdırılmalı olan My2022 proqramından istifadə etməklə sındırıla bilər.

Böyük Britaniya, Kanada və Norveç də öz idmançılarına eyni xəbərdarlığı edib.

Qeyd edək ki, Pekin Olimpiadası fevralın 4-dən 20-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi