Yuxarı
    Bağlamaq

    ​Amerikalı basketbolçu yarışlardan kənarlaşdırılıb

    O Cey Meyoya 2 illik cəza verilib

    Bakı. 2 iyul. REPORT.AZ/ Amerika Basketbol Liqasında (NBA) sonuncu dəfə "Miluoki Baks" forması geyinən O Cey Meyo yarışlardan diskvalifikasiya olunub. 

    "Report"un məlumatına görə, buna səbəb idmançıda dopinqin aşkarlanmasıdır.

    29 yaşlı basketbolçu 2 il müddətinə yarışlardan kənarda qalacaq. NBA-nın rəsmi saytında yer alan xəbərdə basketbolçunun istifadə etdiyi preparatın adı açıqlanmasa da, onun etiraz etmək hüququ olduğu bildirilib.

    Qeyd edək ki, Meyo son mövsümdə "Miluoki Baks" forması ilə 41 oyuna çıxıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi