Yuxarı
    Bağlamaq

    ​AFFA yeni sponsorluq müqaviləsi imzalayıb - FOTO

    Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər

    Bakı. 1 sentyabr. REPORT.AZ/ AFFA ilə “Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. "Report"un məlumatına görə, tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbol ailəsinə yeni üzv qəbul olunduğunu bildirib.

    O qeyd edib ki, cəmi 3 aydır fəaliyyətə başlayan hotelin ilk addımını futbol istiqamətində atması sevindirici haldır: “Boulevard Hotel Bakı” təkcə Azərbaycan milli komandalarına deyil, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasına sponsorluq etməsi də vurğulanmalıdır. AFFA prezidenti Rövnəq Abdullayev və futbol ailəsi adından hotelə minnətdarlığımı bildirirəm".

    “Boulevard Hotel Bakı” hotelinin baş meneceri Valentin Osolos gənc nəsil və idmana dəstəyi böyük şərəf sayıb. O, çox böyük həyəcan və sevinclə milli komandaların qələbələrinə şahidlik edəcəkləri günləri gözlədiklərini bildirib.

    Ardından E.Məmmədovla V.Osolos arasında müqavilə bağlanılıb. Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər. AFFA adından milli komandanın baş məşqçisi Robert Prosineçki milli üzvlərinin imzaları olan forma löhvəsi verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi