Paytaxtın “Abad məhəllə”lərində keçirilən idman yarışları başa çatıb

Paytaxtın “Abad məhəllə”lərində keçirilən idman yarışları başa çatıb Bakı. 27 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, paytaxt Bakının qəsəbə və yaşayış sahələrində salınan “Abad məhəllə”lərdə sakinlərin, xüsusilə yeniyetmə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam həyat tərzi sürməsi və idmanla yaxından məşğul olması üçün hər cür şərait yaradılıb. Bu istiqamətdəki işləri daha da genişləndirmək məqsədilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən dekabrın əvvəlindən “Abad məhəllə” layihəsi çərçivəsində paytaxt rayonlarının ərazilərində yeni yaradılmış abad həyətlərdə məhəllələrarası futbol və şahmat yarışları keçirilib.
Komanda
27 Dekabr , 2018 19:23
Paytaxtın “Abad məhəllə”lərində keçirilən idman yarışları başa çatıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, paytaxt Bakının qəsəbə və yaşayış sahələrində salınan “Abad məhəllə”lərdə sakinlərin, xüsusilə yeniyetmə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam həyat tərzi sürməsi və idmanla yaxından məşğul olması üçün hər cür şərait yaradılıb. Bu istiqamətdəki işləri daha da genişləndirmək məqsədilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən dekabrın əvvəlindən “Abad məhəllə” layihəsi çərçivəsində paytaxt rayonlarının ərazilərində yeni yaradılmış abad həyətlərdə məhəllələrarası futbol və şahmat yarışları keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki mərhələdən ibarət olan mini futbol turnirində 2004-2006-cı il təvəllüdlü 1300-ə yaxın oğlandan ibarət 100-dən artıq komanda mübarizə aparıb. Turnirin final mərhələsinə hər rayondan bir qalib komanda olmaqla 11 komanda vəsiqə qazanıb.

Yarışın final mərhələsi Yasamal rayonu, Məmməd Rahim küçəsi, 20 ünvanında yerləşən “Abad məhəllə”nin mini-futbol meydançasında keçirilib. Olimpiya sistemi üzrə gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekun nəticələrinə əsasən, “Keşlə” komandası birinci olub. “Sabunçu” komandası yarışı ikinci, “Lökbatan” isə üçüncü pillədə başa vurub. Qalıblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medal və kuboklarla təltif olunub.

Şahmat turnirində isə 2006-2008-ci il təvəllüdlü 200-ə yaxın oğlan və qız iştirak edib. Nəsimi rayonunda keçirilən final mərhələsinə vəsiqə qazanmış 22 yeniyetmənin iştirak etdiyi yarış Olimpiya sistemi üzrə maraqlı və gərgin mübarizə şəraitində keçib. Qızlar arasında Xumar Məhərrəmova (Sabunçu rayonu) birinci, Nüşabə Novruzlu (Yasamal rayonu) ikinci, Aynur Hüseynova (Qaradağ rayonu) üçüncü olublar. Oğlanların yarışında Ziya Məhəmmədov (Binəqədi rayonu) bütün rəqiblərini qabaqlayaraq qalib adını qazanıb. Rəvan Uğuzov (Nərimanov rayonu) və Məhəmməd Həsənzadə (Xəzər rayonu) ilk üçlükdə qərarlaşıblar.

Qalib və mükafatçılar Baş İdarənin müvafiq dərəcəli diplom və medalları, həmçinin qiymətli hədiyyələrlə təltif olunublar.

“Abad məhəllə” yarışı sakinlər tərəfindən maraqla izlənilib və rəğbətlə qarşılanıb.

Son xəbərlər

Orphus sistemi