2018-ci il Pxençxan Qış Paralimpiya Oyunlarında Rusiya yığmasının iştirakına qadağa qoyulub

2018-ci il Pxençxan Qış Paralimpiya Oyunlarında Rusiya yığmasının iştirakına qadağa qoyulub İPC Rusiya Paralimpiya Komitəsinin beynəlxalq yarışlara buraxılmaları üçün müraciətini rədd edib
Komanda
156
6 Sentyabr , 2017 20:40
2018-ci il Pxençxan Qış Paralimpiya Oyunlarında Rusiya yığmasının iştirakına qadağa qoyulub

Bakı. 6 sentyabr. REPORT.AZ/ 2018-ci il Pxençxan Qış Paralimpiya Oyunlarında Rusiya yığmasının iştirakına qadağa qoyulub. 

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) prezidenti Filip Kreyven açıqlama verib.

Böyük britaniyalı funksioner bildirib ki, İPC Rusiya Paralimpiya Komitəsinin üzvlüyə qəbul və ölkə paralimpiyaçılarının beynəlxalq yarışlara buraxılmaları üçün müraciətini rədd edib. Bu qərar ali qurumun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki İcraiyyə Komitəsinin iclasında Rusiya tərəfinin təqdim etdiyi sənədlərə baxıldıqdan sonra qəbul olunub.

F.Kreyven deyib ki, Rusiya paralimpiyaçıları Oyunlara seçim xarakterli dağ xizəkçiliyi, biatlon, snoubord və xizəkçilik yarışlarında neytral bayraq altında çıxış edə bilərlər.

Qeyd edək ki, İPC ötən ilin avqustunda Rusiyanın 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarından kənarlaşdırılmasına qərar verib.

Son xəbərlər

Orphus sistemi