Şahmat üzrə Azərbaycan milli komandası Avropa çempionatında 5 medal qazanıb

Şahmat üzrə Azərbaycan milli komandası Avropa çempionatında 5 medal qazanıb Şahmatçılarımız 2 qızıl, 1 gümüş, 2 bürünc medala sahib olub
Komanda
29 Oktyabr , 2014 15:04
Şahmat üzrə Azərbaycan milli komandası Avropa çempionatında 5 medal qazanıb
Bakı. 29 oktyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində 8-18 yaşlı şahmatçı oğlan və qızlar arasında keçirilən Avropa çempionatında Azərbaycan yığması 5 medal qazanıb. Azərbaycan Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, 100-dək şahmatçımızın qatıldığı yarışda 2 qızıl, 1 gümüş, 2 bürünc medal əldə olunub.

18 yaşlı qızların mübarizəsində aktivinə 8 xal yazan Gəncə şahmatçısı Ülviyyə Fətəliyeva və 10 yaşadək qızlar arasında 7.5 xal toplamış Mələk İsmayıl qızıl medala yiyələnib. 7 xala malik Gövhər Beydullayeva 12 yaşa qədər qızlar arasında gümüş medala sahib çıxıb. 16 yaşadək qızlar arasında mübarizə aparan Aydan Höccətova və 14 yaşadək oğlanların mübarizəsində 7 xal toplamış Pərviz Qasımov isə bürünc medalla kifayətlənib.

Ümumilikdə medal sayında ölkəmiz Rusiyadan sonra 2-ci yerin sahibi olub.

Son xəbərlər

Orphus sistemi