Yuxarı
    Bağlamaq

    Çimərlik futbolu üzrə Azərbaycan millisi Çexiyanı məğlub edib

    Jesolo şəhərində çimərlik futbolu üzrə dünya çempionatının Avropa seçmə turniri keçirilir

    Bakı. 6 sentyabr. REPORT.AZ/ İtaliyanın Jesolo şəhərində çimərlik futbolu üzrə dünya çempionatının Avropa seçmə mərhələsi start götürüb. Report xəbər verir ki, Azərbaycan milli yığması İspaniya, Çexiya və Bolqarıstan komandaları ilə birgə C qrupunda mübarizə aparır.  

    İlk görüşdə Azərbaycan yığması Çexiya komandası ilə qarşılaşıb və 4:1 hesabı ilə inamlı qələbə qazanıb. Komandanın tərkibində Əli Hüseynov (2), Sabir Allaquliyev və Asif Zeynalov fərqləniblər. 

    Növbəti matçlarda Azərbaycan komandası sentyabrın 7-də İspaniya, 3-cü tur çərçivəsində isə sentyabrın 8-də Bolqarıstana qarşı oynayacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi