Yousef Anbar: "Azərbaycanlı futbolçuların peşəkarlığı özünü göstərir"

Yousef Anbar: "Azərbaycanlı futbolçuların peşəkarlığı özünü göstərir" "Bilirdik ki, rəqib ev sahibi olduğu üçün qalib gəlməyə çalışacaq"
Fərdi
11 May , 2017 22:09
Yousef Anbar: Azərbaycanlı futbolçuların peşəkarlığı özünü göstərir
Report.az

Bakı. 11 may. REPORT.AZ/ "Azərbaycan yığmasını təbrik edirəm. İlk hissədə daha baxımlı oyun sərgilədik. Lakin qol vura bilmədik. Bilirdik ki, rəqib ev sahibi olduğu üçün qalib gəlməyə çalışacaq".

"Report"un məlumatına görə, bunu 23 yaşadək futbolçulardan ibarət Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Yousef Anbar IV İslam Həmrəyli Oyunlarının qrup mərhələsinin II turunda Azərbaycan millisinə məğlubiyyətdən (0:2) sonra deyib.

O, bildirib ki, Azərbaycan milli komandası layiqli qələbə qazanıb. Baş məşqçi qrup mərhələsinin sonuncu turunda Kamerun yığması ilə formal xarakter daşıyan görüşə hazırlaşacaqlarını söyləyib.

Y.Anbar hava şəraitinin soyuq keçməsinin deyil, süni qazonun onlara çətinlik yaratdığını vurğulayıb. O, Mərakeş və Azərbaycan yığmalarını da müqayisə edib:

"Hər iki komanda alqışa layiqdir. Lakin Mərakeş fiziki cəhətdən daha yaxşı idi. Azərbaycanlı futbolçuların peşəkarlığı özünü göstərir. Ruslan Abışovla Rəşad Sadiqovu xüsusi ilə qeyd edərdim. Həmçinin, 9 (Ağabala Ramazanov), 8 (Elşən Abdullayev) və 11 (Mahir Mədətov) nömrəli futbolçular hücumda çox təhlükəli idilər. Biz isə əsas yığma Avstraliya ilə görüşə hazırlaşdığından oradan oyunçu götürə bilməmişdik. Azərbaycanda təşkilatçılıq yüksək səviyyədədir. Ümid edirəm yığmanız finala qədər irəliləyə biləcək".

Qeyd edək ki, ilk matçda Mərakeşə uduzan (0:1) Səudiyyə Ərəbistanı Azərbaycana da məğlub olmaqla qrupdan çıxmaq şansını itirib.

Son xəbərlər

Orphus sistemi