Bakı. 19 may. REPORT.AZ/ Gəncənin “Kəpəz” futbol komandasının məşqçilər korpusunda yeni təyinat olub.
"Report"un məlumatına görə, Gəncə klubunun U-19 komandasının baş məşqçisi Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, baş məşqçinin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayevlə bir il müddətinə müqavilə bağlanılacaq.
Vaxtilə futbolçu, karyerasını başa vurduqdan sonra məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib.
Qeyd edək ki, "Kəpəz"in baş məşqçisi Şahin Diniyevdir.