Türkiyənin gənclər və idman naziri İslamiadanın açılışına gələcək

Türkiyənin gənclər və idman naziri İslamiadanın açılışına gələcək Nazirin Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub
Fərdi
27 Aprel , 2017 14:46
Türkiyənin gənclər və idman naziri İslamiadanın açılışına gələcək
Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç Azərbaycana səfər edəcək.

Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, nazir Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərasiminə gələcək.

Nazirin Bakıya mayın 11-də gəlişi gözlənilir. Səfəri zamanı türkiyəli nazirin Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, İslamiada bu il mayın 12 - 22-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi