Tokio-2020 Olimpiya Oyunlarının medalları köhnə mobil telefonlardan çıxarılan qızıldan hazırlanacaq

Tokio-2020 Olimpiya Oyunlarının medalları köhnə mobil telefonlardan çıxarılan qızıldan hazırlanacaq Bu layihə yerli hakimiyyət orqanlarının Oyunların təşkilindən əldə olunacaq gəliri maksimum dərəcədə artırmaq üçündür
Fərdi
12 Yanvar , 2017 15:39
Tokio-2020 Olimpiya Oyunlarının medalları köhnə mobil telefonlardan çıxarılan qızıldan hazırlanacaq

Bakı. 12 yanvar. REPORT.AZ/ Tokioda 2020-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarının medalları qismən Yaponiya paytaxtında yerləşən zibil emalı zavodlarında atılmış köhnə mobil telefonlardan çıxarılan cüzi miqdarlı qızıldan hazırlanacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu layihə yerli hakimiyyət orqanlarının Olimpiya Oyunlarının təşkilindən əldə olunacaq gəliri maksimum dərəcədə artırmaq üzrə səylərinin bir hissəsi olacaq.

Hazırda yeni qurğuların tikintisi və köhnələrinin modernləşdirilməsi zamanı maksimal qənaət proqramı Olimpiya Oyunlarının loqosu olan bütün növ malların satışı üzrə özəl sektorla geniş əməkdaşlıqla tamamlanır. Hələlik olimpiadanın talismanı müəyyənləşdirilməyib. Amma onun da müəyyən kommersiya dəyərinə malik olacağı dəqiqdir.

Xatırladaq ki, daha əvvəl Tokio-2020-nin büdcəsi 15 milyard dollaradək azaldılıb.

Son xəbərlər

Orphus sistemi