Teymur Məmmədov: "Bu yarışa ciddi hazırlaşmışdım"

Teymur Məmmədov: "Bu yarışa ciddi hazırlaşmışdım" "Rəqibimlə 6-7 il əvvəl qarşılaşmışdım və uduzmuşdum"
Fərdi
18 May , 2017 20:52
Teymur Məmmədov: Bu yarışa ciddi hazırlaşmışdım

Bakı. 18 may. REPORT.AZ/ "Bu yarışa ciddi hazırlaşmışdım".

"Report"un xəbərinə görə, bunu Bakıda keçirilən lV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın boks millisinin qızıl medal mükafatçısı Teymur Məmmədov deyib.

Final döyüşünün asan olmadığını deyən T.Məmmədov bildirib ki, bütün gücünü sərf edərək çempion olub: "Rəqibimlə 6-7 il əvvəl qarşılaşmışdım və uduzmuşdum. Bu gün isə ona qalib gəldim. Bu qələbəmi ikinci oğluma həsr edirəm. Avropa oyunlarında da çempion olmuşdum və o zaman birinci oğluma həsr etmişdim".

Son xəbərlər

Orphus sistemi