Rioda Olimpiada zamanı su idman növləri üçün nəzərdə tutulmuş stapel çöküb

Rioda Olimpiada zamanı su idman növləri üçün nəzərdə tutulmuş stapel çöküb Olimpiyadada yelkənli qayıqlarla yarışlar avqustun 8-də başlayacaq
Fərdi
1 Avqust , 2016 09:36
Rioda Olimpiada zamanı su idman növləri üçün nəzərdə tutulmuş stapel çöküb

Bakı. 1 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında yelkənli qayıqlar üzrə idman yarışları üçün nəzərdə tutulan stapel qismən çöküb.

"Report" BBC-yə istinadən xəbər verir ki, dağıntı zamanı heç kim xəsarət almayıb.

OO-2016-nın Təşkilat Komitəsinin mətbuat katibi Filip Uilkinson dağıntılara şənbə günü Rioda müşahidə edilən yüksək dalğalar və fırtınanın səbəb olduğunu bildirib.

F.Uilkinsonun sözlərinə görə, artıq podratçı ilə əlaqə yaradılıb və o, dörd günə Marina da Qloriya dənizkarı idman zonasında müvəqqəti strukturu tamamilə təmir edəcəyinə boyun olub.

Qeyd edək ki, Olimpiadada yelkənli qayıqlarla yarışlar avqustun 8-də başlayacaq. Turnirin açılış mərasimi isə avqustun 5-də olacaq.

Onu da vurğulayaq ki, Rioda idman obyektlərinin tikinti keyfiyyəti aprel ayından - müəyyən yüksəkliyə qaldırılmış velosiped yolu çökəndən bəri tənqid olunur. Həmin hadisə iki adamın ölümünə səbəb olmuşdu. 

Son xəbərlər

Orphus sistemi